Polşa ukraynalı qaçqınlara bəzi ödənişləri ləğv edəcək

Polşa hakimiyyəti iyulun 1-dən Ukraynadan olan qaçqınlara bir sıra ödənişləri ləğv edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Polskie Radio məlumat yayıb.

“Yeni qaydalar əsas yaşayış xərcləri üçün 300 PLN məbləğində birdəfəlik müavinətin dayandırılmasını nəzərdə tutur. Ukrayna vətəndaşlarının mənzil və yeməklə təmin edilməsi üçün verilən gündəlik 40 zlotilik müavinət də ləğv edilib”– deyə nəşr bildirib.

Daha əvvəl PAP məlumat vermişdi ki, Polşa ukraynalı qaçqınlara sui-istifadələrinə görə onlara müavinət ödəməyi dayandırmaq qərarına gəlib.

Qeyd olunub ki, vəsaitdən sui-istifadə hallarına görə, iyulun 1-dən ukraynalılar birdəfəlik 300 zloti ödənişi almayacaq və onlara qaçqın mərkəzlərində yemək ödənişli olacaq.

 

 

Şəbnəm

Gununsesi.info