Baş nazir NATO sammitində iştirakdan imtina edib

Avstraliyanın baş naziri Entoni Albanese iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakdan imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avstraliyanın Sky News telekanalı məlumat yayıb.

Bildirilir ki, Avstraliyanı sammitdə baş nazirin müavini və müdafiə naziri Riçard Marles təmsil edəcək.

Bəzi müxalifət üzvləri Albanesenin qərarını tənqid ediblər. Onların fikrincə, Avstraliyanın baş nazirinin Şimali Atlantika Alyansının iclasında iştirak etməsi ölkənin “milli maraqları”, eləcə də dünyada təhlükəsizlik məsələləri baxımından əhəmiyyətli olardı.

Avstraliyanın baş naziri və baş nazirinin müavini bundan əvvəl Ukrayna üzrə iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçirilən sammitə getməkdən imtina etmişdi.

Tədbirdə Avstraliya nümayəndə heyətini əlillik sığortası naziri Bill Şorten təmsil edib.

 

Şəbnəm

Gununsesi.info