
Federal Vergi Xidməti keçmiş keçmiş UFC döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.
Gununsesi.info xəbər verir ki, bu barədə ilk məlumatı Mash telegram kanalı yayıb.
Mash-ın məlumatına görə, hesablar 297 milyon rubl borca görə dondurulub.
Bildirilir ki, Nurməhəmmədovun hesabları “borcların ödənilməsi tələblərinin yerinə yetirilməməsi səbəbindən dayandırııb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov dünyanın ən məşhur rus idmançılarından biridir.
O, 2020-ci ildə UFC-dən şəksiz çempion kimi təqaüdə çıxıb.
Qeyd edək ki, 2021-ci ildə Forbes onun illik qazancını 12 milyon dollar olaraq qiymətləndirib.
Şəbnəm
Gununsesi.info