Ərdoğanla Əsəd Bağdadda görüşəcəklər

12 ildir ki, diplomatik münasibətlərə son verən iki ölkə arasında normallaşma müşahidə edilməkdədir.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, bu haqda Cümə namazı çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb. 

Türkiyənin TV100 müxbiri Gülay Alacanın “ Bəşər Əsədin rus jurnalistləri ilə söhbətində Türkiyə ilə münasibətlərin normallaşmasına müsbət baxmasına münasibətiniz” sualına Ərdoğan “siaysətdə olmaz kimi bir şey yoxdur, necə ki, 12 il əvvəl necə dost idiksə, bundan sonra davam edə bilərik” cavabını verib. 

 

 

Xəqani

Gununsesi.info