Bakıda aeroport yolunda avtomobillər toqquşub, xəsarət alanlar var

  • By ilhame
  • 01 İyul 2024 23:06

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.

 

Gununsesi.info-nun verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport yolunda qeydə alınıb.

 

Yol qəzası zamanı 6 avtomobil toqquşub.

 

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

 

Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.

Gununsesi.info