
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyatlarda daha bir fələstinli jurnalist həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza hökumətinin media ofisi məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, həlak olan juranalist Şəms Xəbər Agentliyinin əməkdaşı Muhammed Mahmud Əbu Şəriədir.
Açıqlamada, həmçinin İsrailin hücumlara başladığı vaxtdan bəri Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat da verilir.
Belə ki, həlak olan jurnalistlərin sayının 153-ə yüksəldiyi bildirilir.
Ceyhun
Gununsesi.info