Şəmkirdə minik avtomobili kombaynla toqquşub, xəsarət alan var

  • By ilhame
  • 01 İyul 2024 21:37

Şəmkirdə minik avtomobili kombaynla toqquşub, xəsarət alan var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə nəticəsində minik avtomobilində olan, 1974-cü il təvəllüdlü A.İsmayılov xəsarət alıb.

 

Zərərçəkən xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info