Ukrayna nümayəndə heyəti ABŞ-a gedəcək

  • By ilhame
  • 01 İyul 2024 22:20

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov, Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və energetika naziri German Qaluşenko iyulun 2-də Vaşinqtona gedəcəklər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

 

“Onların əsas vəzifəsi ABŞ və alyansın gələn həftə keçiriləcək sammitində Kiyevə hansı təhlükəsizliyə təminat verməyə hazır olduqlarını öyrənməkdir”, – məlumatda bildirilir.

 

Bildirilib ki, Ukrayna nümayəndə heyətini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan qəbul edəcək.

 

Qeyd olunur ki, Volodimir Zelenski də ABŞ paytaxtında keçiriləcək sammitə dəvət olunub.

Gununsesi.info