
Polşa parlamentinin üzvü Yaroslav Valesa Polşa hökumətinin 2022-ci ildə Belarusla sərhəddə tikdiyi divarın zəifliyindən danışıb.
Gununsesi.info Polşa mətbuatına istinadən xəbər verir ki, bu barədə Parlamentari Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamışa müraciətində deyib.
“Son illər Vətənimizin şərq sərhədi hibrid müharibə meydanına çevrilib. Sui-istifadələrin və Polşa-Belarus sərhədini qanunsuz keçmə cəhdlərinin miqyası narahatedicidir. Polşaya düşmən olan xarici xidmətlər bizim ərazimizə hücum etmək üçün qeyri-qanuni mühacirlərdən istifadə edir”, -deyə o, bildirib.
Parlamentarinin izah etdiyi kimi, bu hadisələrin nəticəsi Polşa-Belarus divarının inşası olub və onun fikrincə, bu çox həssas məsələdir.
Xatırladaq ki, Polşa və Belarus sərhədində 5,5 metr hündürlüyündə divarın tikintisinə 2022-ci il yanvarın 25-də başlanılıb.
Hasarın tikintisi üçün Polşa təxminən 160 milyon dollar məbləğində pul ayrıb.
Şəbnəm
Gununsesi.info