“The New York Times” Baydeni geri çəkilməyə çağırdı

Bu gün Amerikanın ən nüfuzlu dövri nəşri “The New York Times”ın redaksiya heyəti ABŞ-ın hazırkı prezidenti Cozef Baydeni namizədlikdən imtina etməyə çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Baydenin seçkiqabağı ilk debat zamanı çox uğursuz çıxışı olub.

Qəzetin redaktorları partiyanın gecikmədən yeni namizəd seçməyə başlamalı olduğunu vurğulayaraq, qeyd ediblər ki, Demokratların seçilməsinin ən bariz yolu Amerika ictimaiyyətinə cənab Baydenin seçki kampaniyasını davam etdirə bilməyəcəyini vicdanla etiraf etməkdir.

“Demokrat Partiyası bir şəxsin ambisiyalarını ölkənin maraqlarından üstün tutmamalıdır. Partiya sıralarında noyabrda keçiriləcək seçkilərdə Baydeni əvəzləməyə və cənab Trampa qalib gəlməyə qadir olan elə fiqurlar var”, – “The New York Times”ın redaktor məqaləsində deyilir.

 

 

Gununsesi.info