900 zabit təqaüdə çıxmaq üçün müraciət edib

Ötən il oktyabrın 7-də İsrail ordusu Qəzza zolağına hücuma başladıqdan sonra kapitan və polkovnik-leytenant rütbəli təxminən 900 zabit təqaüdə çıxmaq üçün müraciət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, təqaüd şərtlərinə yenidən baxılmasını tələb edən zabitlərin çıxma səbəbləri “7 oktyabr hücumları” və ordunun legitimləşdirilməsidir.

Son aylarda orduda komandanlıq səviyyələrində artan iğtişaşlar zaman-zaman ön plana çıxır.

Qeyd edək ki, İsrail ordusunda hər il kapitan və polkovnik-leytenant rütbələrində orta hesabla 100-120 zabit təqaüdə çıxmaq istədiyi halda, son bir ildə sayın 9 dəfə artması orduda yeni böhran kimi qiymətləndirilir.

 

 

 

Ceyhun

Gununsesi.info