Rusiya BMT TŞ-də Yaxın Şərqdəki münaqişə ilə bağlı iclas keçirəcək

  • By ilhame
  • 01 İyul 2024 21:44

Rusiyanın BMT-dəki daimi nümayənliyi Təhlükəsizlik Şurasında Yaxın Şərqdə davam edən münaqişəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza jurnalistlərə açıqlamasında deyib.

 

Diplomat bildirib ki, iclas xarici işlər nazirləri səviyyəsində keçiriləcək və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasda iştirak edəcək:

 

“İclasda müzakirələrin mərkəzində Qəzzada davam edən eskalasiya və onun fəlakətli nəticələri olacaq. Toplantı iki gün ərzində – iyulun 16 və 17-i tarixlərində baş tutacaq”.

 

Qeyd edək ki, iyul ayı ərzində Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Gununsesi.info