
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olanların sayı 37 min 900-ə, yaralıların sayı isə 87 min 60-a yüksəlib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada qeyd edilib ki, son 24 saatda həyata keçirilən 2 hücumda 23 fələstinli həyatını itirib, 91 fələstinli isə yaralanıb.
Xatırladaq ki, İsrail ordusu ötən il oktyabr ayının 7-dən Qəzza zolağında hərbi əməliyyatlara başlayıb.
Ceyhun
Gununsesi.info