
Hollandiyada parlament seçkilərində qalib gələn Azadlıq Partiyasının lideri Geert Vilders ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qoşunların daxil olmasına icazə verən sözlərinə görə Türkiyəni NATO üzvlüyündən məhrum etməyi təklif edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Vilders X sosial şəbəkəsində yazıb.
“Ərdoğan İsraili işğal etməklə hədələyir. Bu adam tamamilə dəlidir”, – deyə siyasətçi bildirib.
Vilders bildirib ki, “Türkiyənin NATO-dan çıxarılması lazımdır”.
İyulun 28-də Ərdoğan deyib ki, Türkiyə Dağlıq Qarabağ və Liviyaya girdiyi kimi İsrailə də daxil ola bilər.
Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə liderini İraq lideri Səddam Hüseynlə müqayisə edib.
Şəbnəm
Gununsesi.info