ABŞ Ukraynada atəşkəs üçün şərtini açıqladı

 ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq bəyan edib ki, əgər Rusiya prezidenti Vladimir Putin razılıq versə, Ukraynada atəşkəs rejiminin təmin olunmasına yalnız Donald Tramp nail ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.

“Atəşkəsi təmin edə biləcək yeganə şəxs, əgər Putin razılaşarsa, prezident Trampdır”, – deyə Kelloq bildirib.

Elçinin sözlərinə görə, Ukrayna tərəfi münaqişənin lokallaşdırılması üçün hər iki tərəfdən qoşunların 15 kilometr geri çəkilməsi ilə ümumilikdə 30 kilometrlik bufer zona yaradılmasını təklif edir.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Ukraynanın ən azı 30 günlük, uzadılma ehtimalı olan atəşkəsə sadiq qalmaqda israrlı olduğunu da vurğulamışdı.

Şəbnəm 

Gununsesi.info