Tramp amerikalı jurnalısti azad edəcəyinə söz verib

ABŞ-ın keçmiş prezidenti və Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra həbsdə olan amerikalı jurnalist Evan Qerşkoviçi azad edəcəyinə söz verib.

Gununsesi.info xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.

“Noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlsəm, Evan Qerşkoviç vəzifəyə başlamazdan əvvəl azad olunacaq”, – deyə Tramp bildirib.

“The Wall Street Journal”-ın müxbiri Qerşkoviç 30 mart 2023-cü ildə Yekaterinburqda saxlanılıb.

Jurnalistə qarşı casusluq maddəsi ilə cinayət işi açılıb. Martın 26-da məhkəmə onun həbs müddətini iyunun 30-dək uzadıb.

Qeyd edək ki, daha əvvəl Tramp Putinin jurnalisti ABŞ-a qaytaracağını bildirmişdir.

 

Şəbnəm

Gununsesi.info