Ukrayna – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib

  • By ilhame
  • 26 İyun 2024 22:37

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Ukrayna – Belçika matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.

 

Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

 

90 dəqiqə meydanda olan 33 yaşlı futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirib.

Gununsesi.info