
Yapon Yoşiharu Vatanabe 63 ləçəklə yonca yetişdirərək Ginnesin Rekordlar Kitabına düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Vatanabe 2012-ci ildən bəri Trifolium repens L. yoncasını çarpaz tozlandırır. Onun Nasushiobara şəhərindəki bağında çoxlu yonca yataqları var. Əvvəlcə parklardan və çəltik tarlalarından dörd, beş və yeddi ləçəkli sortlar seçdi. Ancaq bir gün bağında 20 yarpaqlı yonca taparaq dünya rekordu vurmaq qərarına gəlib.
Yoncanın daha çox ləçək yetişdirməsi üçün yaponlar onun nəinki təbii yolla tozlanmasına icazə verirdilər, hətta bunu əllə də edirdilər.
O qeyd edib ki, yeni rekord vurmaq üçün yarpaqların sayını üç dəfə artırıb: “O qədər də sadə görünmürdü, amma yarpaqlar böyüməyə davam edirdi. Düşündüm ki, nəhayət qalib gələ bilərəm”, – deyə o əlavə edib.
2020-ci ilə qədər Yoshihara 49, 2021-ci ildə isə 55 yarpaqlı yonca yetişdirməyi bacarıb. Sonra işlər plana uyğun getməyib və bir müddət yarpaqların sayı artmağı dayandırıb.
“Biz genetikanın daha çox yarpaqlara təsir etdiyini bilirik, lakin bunun necə işlədiyini dəqiq bilmirik” -deyə izah edir.
Yoşiharu yoncaya ilk dəfə diqqət yetirəndə bitkinin 56 yarpağı olub və onların sayı 60-ı keçəndə onun sevincinin həddi olmayıb. Çünki bu yonca növünün yarpaqları adi yoncadan daha kiçik olduğundan onların sayını saymaq çətindir.
Qeyd edək ki, əvvəlki rekord yonca başqa bir yapon Şigeo Obaraya məxsus olub.
2009-cu ildə o, 56 ləçəkli bitki yetişdirməyi bacarıb.
Gununsesi.info