
Milyarder Dmitri Pumpyanski 2022-ci ilin martında Aİ-nin ona qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək üçün Lüksemburq məhkəməsində qalib gəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Aİ Şurasına iş adamının çəkdiyi məhkəmə xərclərini ödəməyi tapşırıb.
Məhkəmə qərarında bildirilir ki, Dmitri Pumpyanskinin keçmişdə Boru Metallurgiya Şirkətinin (TMK) və Sinara qrupunun top-menecerləri arasında olması onu “Rusiyada işləyən aparıcı iş adamlarından” biri kimi təsnif etməyə imkan vermir.
Bildirilir ki, Aİ Pumpyanskiyə və onun ailə üzvlərinə qarşı 2022-ci ilin martında sanksiyalar tətbiq edib və 2023-cü ilin martında isə müddəti uzadıb.
Dmitri Pumpyanski, həyat yoldaşı Qalina və oğlu Aleksandr məhkəmədə sanksiyalara etiraz ediblər.
Milyarderin vəkili Qabriel Lanski bu iddialarla bağlı məhkəmə dinləmələri zamanı Pumpyanski və onun ailə üzvlərini “Aİ xarici siyasətinin adi girovları” adlandırıb.
Onun vəkilinin sözlərinə görə, Dmitri Pumpyanski ümumi qəbul edilmiş rus oliqarxı deyil :”Uzun illər ərzində Avropanın açıq-aydın marağına səbəb olan bir işi uğurla quran öz-özünə işləyən bir iş adamıdır”.
Lakin 2023-cü ilin sentyabrında Avropa Ümumi Yurisdiksiya Məhkəməsi onların iddialarını rədd edərək, Aİ sanksiyalarını qüvvədə saxlayıb.
Həmin ilin noyabrında Pumpyanski və həyat yoldaşı bu qərardan apellyasiya şikayəti veriblər.
Daha sonra Avropa İttifaqı Məhkəməsi onun oğlu Aleksandr Pumpyanskini Aİ-nin sanksiya siyahısından çıxarıb.
Məhkəmə ona 100 min avro məbləğində mənəvi ziyana görə təzminat təyin etməkdən imtina edib, lakin Aİ Şurasından onun üçün məhkəmə xərclərini ödəməyi tələb edib.
Aİ sanksiyalarının tətbiqindən sonra Pumpyanski 2001-ci ildə həmtəsisçisi olduğu “Pipe Metallurgical Company”-nin benefisiarı olmağı dayandırıb.
Həmçinin oğlu ilə birlikdə TMK-nın direktorlar şurasından istefa verib.
Qeyd edək ki, Pumpyanskinin yaxtası Cəbəllütariqdə həbs edilərək, 2022-ci ilin sentyabrında hərracda 37,5 milyon dollara satılmışdır.
Şəbnəm
Gununsesi.info