“Qəbələ” heyətinə yeni futbolçu qatıb -Foto

  • By ilhame
  • 26 İyun 2024 13:30

Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

 

Gununsesi.info-ya klubdan verilən məlumata görə, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

 

26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

 

V.Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib.

 

Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

Gununsesi.info