Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib

  • By ilhame
  • 26 İyun 2024 13:54

Şuşanın Daşaltı kəndində bir tondan artıq çətənə bitkisi məhv edilib.

 

Gununsesi.info-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

 

Məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Gununsesi.info