ABŞ səfirliyinin attaşesi Kiyevdə ölü tapılıb

Kiyevdəki Hilton otelində ABŞ-ın Ukraynadakı səfirliyinin attaşesinin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, iyunun 25-də Moskva vaxtı ilə saat 11:00 radələrində amerikalı diplomatın meyiti otel otağında tapılıb.

Məlumata əsasən ilkin müayinə zamanı zorakılıq izləri aşkar edilməyib.

Məlumata görə, həmin şəxs iyunun 15-də Ukraynaya gəlib və o, yüksək xolesteroldan əziyyət çəkirmiş.

Qeyd edək ki, hadisənin təfərrüatları hələlik məlum deyil.

 

 

Gununsesi.info