
Tokio Universitetinin alimləri insanabənzər robotun “üzü” üçün dəri yetişdiriblər.
Gununsesi.info xəbər verir ki, tədqiqat Cell jurnalında təsvir edilmişdir.
Mütəxəssislərin məqsədi insanabənzər robotun “sifəti” üçün üz ifadələrini çatdıra bilən və soyulmayan dəri analoqu yaratmaqdır.
İşin nəticəsi canlı insan hüceyrələrinə əsaslanan süni dəri olub.
Mühəndislər kollagen və elastindən istifadə edərək insan dərisinin bağlarını təqlid ediblər.
Onlar materialı bərk səthdə saxlayan miniatür birləşdirici toxumalar yaradıblar.
Tədqiqatın aparıcı müəllifi Shoji Takeuchi deyir: “Dərinin təbii elastikliyi və güclü yapışdırıcı üsulu onun robotun mexaniki komponentləri ilə cırılmadan və soyulmadan hərəkət edə bilməsi deməkdir”.
Alimlərin fikrincə, ortaya çıxan yumşaq dəriyə malik robot prototipi emosiyaları göstərə və hətta gülümsəyə bilir.
Takeuchi bildirib ki, gələcəkdə tədqiqatçılar tər və yağ bezlərinin, məsamələrin, qan damarlarının, piylərin və sinirlərin analoqlarını əlavə etməklə materialı daha sıx və həqiqi dəriyə daha çox bənzətmək niyyətindədirlər.
Materialda süni dərinin robot texnikasında faydalı ola biləcəyi deyilir. O, həmçinin kosmetika sənayesində və plastik cərrahların hazırlanmasında istifadə edilə bilər.
Qeyd edək ki, mayın ortalarında Uppsala Universitetinin (İsveç) alimləri cisimləri sağlam üzv kimi hiss edə bilən protezin dizaynı haqqında müzakirələr aparıblar.
Afət
Gununsesi.info