
Bakının Nərimanov rayonunda gənc oğlan güllələnib.
Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov metrosu, “Metro Park”ın qarşısında bir nəfər odlu silahdan açılan atəşlə vurularaq, qətlə yetirilib.
Hadisəni törədən şəxs zərərçəkmişlə telefonda mübahisə edib. Mübahisədən bir müddət sonra onu güllələyib.
Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gununsesi.info