Salyanda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

  • By ilhame
  • 26 İyun 2024 23:02

Salyanda ağır yol qəzası baş verib, bir ailənin 3 üzvü xəsarət alıb.

 

Gununsesi.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü, Neftçala rayonunun Şorkənd kənd sakinləri – 1990-cı il təvəllüdlü Göyçayeva Şahzadə Əlvan qızı, 2008-ci il təvəllüdlü Göyçayeva Fatimə Rasim qızı, 2010-cu il təvəllüdlü Göyçayev Abuzər Rasim oğlu və Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Rəşad Azər oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info