Buzovna qəsəbəsində evə basqın edilib

  • By ilhame
  • 26 İyun 2024 13:11

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.

 

Gununsesi.info-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, daxil olan məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Gununsesi.info