5 uşağı övladlığa götürüb qul etdilər

ABŞ-ın Virciniya ştatında dəhşətli hadisə baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 5 uşaq övladlığa götürən Jeanne Kay Whitefeather və Donald Rey Lantz cütlüyünün onları öz kölələrinə çevirib.

Bildirilir ki, cütlük övladlığa götürdükləri qaradərili uşaqları qul kimi saxlayaraaq onları anbara bağlaıblar.

Qonşuların sözlərinə görə, uşaqlar yeməksiz və susuz saxlanılıb.

Uşaqların kömək çağırışını eşidən qonşusu polisə xəbər verib. Hadisə yerinə sövq edilən təhlükəsizlik qrupları 14 yaşlı oğlan və 16 yaşlı qızı tövlədə kilidli vəziyyətdə tapıblar.

ABŞ mətbuatında çıxan xəbərlərdə tövlənin qaranlıq olduğu bildirib.

Övladlarından biri mövzu ilə bağlı verdiyi açıqlamada uzun müddət orada qapalı qaldıqlarını və sonuncu dəfə 12 saat əvvəl yemək yediklərini bildirib.

Onlar məhkəmədə övladlarının tövləni bəyəndiyi üçün orada qalmaq istədiyini bildirib.

 

Günay

Gununsesi.info