
Talibandan qaçan jurnalist Kobra Həsəni Əfqanıstana qayıtmalı olub
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildə Talibandan qaçan əfqan jurnalist Kobra Həsəni edam olunacağından qorxaraq Moskvadan Kabilə uçub.
Həsəni açıq şəkildə Talibanın radikal fundamental islamçılıq ideyalarına qarşı çıxıb.
Buna görə də, o, edam oluna bilərdi.
Jurnalist 2022-ci ilin mayında Rusiyada saxlanılıb. Onun ifadəsinə görə, o, Əfqanıstandan olan 11 kişi ilə qeyri-qanuni yollarla Avropaya keçməli olub.
Lakin aldadılaraq Sankt-Peterburq limanlarından birində həbs edilib. Həmin vaxtdan o, istintaq təcridxanasında saxlanılır.
2023-cü ilin mayında Kirovski Rayon Məhkəməsi jurnalistin Rusiya Federasiyasında qalmasına icazə verən sənədlərin olmaması səbəbindən deportasiya qərarı çıxarsa da, bu ilin fevralında Sankt-Peterburqun Krasnoselski Rayon Məhkəməsi deportasiyanı ləğv edərək Həsəni azad edib.
Vəkil Yelena Fadeyevanın sözlərinə görə, Həsəninin yəqin ki, artıq Rusiyada qalmağa gücü yox idi və risklərə baxmayaraq, Əfqanıstana qayıtmaqdan başqa özü üçün başqa əlverişli variant görmür.
Qeydedək ki, vəkillər dəfələrlə qızın vətənində ölüm cəzası ala biləcəyini qeyd etmişdilər.
Şəbnəm
Gununsesi.info