Avropa Liqası: “Şerif” – “Zirə” matçının hakimi açıqlanıb

  • By ilhame
  • 26 İyun 2024 13:23

Avropa Liqasının I turununun görüşləri çərçivəsində “Şerif”lə (Moldova) qarşılaşacaq “Zirə”nin ilk oyununun hakimi açıqlanıb.

 

Gununsesi.info xəbər verir ki, Moldovada baş tutacaq ilk matçı isveçrəli Alessandro Dudiç idarə edəcək.

 

Qeyd edək ki, “Şerif” – “Zirə” görüşü iyulun 11-i, saat 21:00-da, “Şerif” İdman Kompleksində keçiriləcək. Cavab oyunu isə 1 həftə sonra “Liv Bona Dea Arena” gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00 da səslənəcək.

Gununsesi.info