
Şəkidə 38 yaşlı kişinin meyiti tapılıb.
Gununsesi.info-nun məlumatına görə, bu gün səhər saatlarında Şəki şəhəri Sabit Rəhman küçəsində kişi meyiti tapılıb.
İlkin araşdırma zamanı meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü, Şəki şəhər sakini Aqil Şamil oğlu İsmayılov olduğu müəyyən edilib. A.İsmayılovun hansı şəraitdə öldüyü aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info