Şahruddin Türkiyə klubu ilə sağollaşıb

  • By ilhame
  • 26 İyun 2024 20:55

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandası ilə sağollaşıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib.

 

30 yaşlı qolkiper fotosunu paylaşaraq, – “Hər şey üçün təşəkkürlər, Adana”, – şərhini yazıb.

 

Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.

Gununsesi.info