ABŞ Ukraynanı Rusiyaya ərazi güzəştləri etməyə məcbur etmək niyyətində deyil

  • By ilhame
  • 26 İyun 2024 21:13

“ABŞ-ın hazırkı administrasiyası Ukraynanı Rusiyaya ərazi güzəştinə getməyə məcbur etmək niyyətində deyil”.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

 

“ABŞ prezidenti Cozef Bayden hesab edir ki, danışıqlarla bağlı istənilən qərarı, açığı, prezident Volodimir Zelenski və Ukrayna verməlidir. Biz Ukraynanı heç bir ərazini verməyə məcbur etmək fikrində deyilik”, – deyə o bildirib.

Gununsesi.info