
Yekaterinburqun Sverdlovsk vilayət məhkəməsində “The Wall Street Journal”ın əməkdaşı, amerikalı jurnalist Evan Qerşkoviçə qarşı casusluqla bağlı cinayət işi üzrə ilk məhkəmə iclası başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə prosesində bir neçə jurnalist zala buraxılıb və daha sonra məhkəmə bağlı qapılar arxasında davam edib.
Bildirilir ki, Evan Gerşkoviç 2023-cü ilin yazında Yekaterinburqda saxlanılıb. Rusiya hakimiyyəti onu casusluqda ittiham edib.
İstintaqın məlumatına görə, jurnalist MKİ-nin göstərişi ilə hərbi texnika istehsal edən və təmir edən “Uralvaqonzavod” haqqında məlumat toplayıb.
İstintaq bu məlumatın dövlət sirri təşkil etdiyini iddia edir. Məhkəmələr mütəmadi olaraq jurnalistin istintaq təcridxanasında qalma müddətini uzadır.
Bildirilir ki, Evan Gerşkoviçi 10 ildən 20 ilədək həbs cəzası gözləyir.
Jurnalist ona qarşı irəli sürülən ittihamları təkzib edir.
“The Wall Street Journal”– da öz əməkdaşına qarşı ittihamları rədd edir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
ABŞ hakimiyyəti, insan haqları və jurnalist beynəlxalq təşkilatları dəfələrlə Moskvanı jurnalisti azad etməyə çağırıb.
ABŞ Dövlət Departamenti Qerşkoviçə “haqsız yerə həbs edilmiş” statusu verib.
Rusiya və Amerika siyasi dairələrinə yaxın bir neçə mənbə bildirib ki, Qerşkoviç ABŞ həbsxanalarında ruslardan birinə mübadilə oluna bilər.
2023-cü ilin dekabrında ABŞ səlahiyyətliləri Rusiyanın jurnalistin azad edilməsi təklifini rədd etdiyini bildirib.
32 yaşlı Evan Qerşkoviç 2017-ci ildən Rusiyada yaşayıb və orada da işləyir.
Əvvəlcə “The Moscow Times”, sonra “AFP” xəbər agentliyi, 2022-ci ilin yanvarından isə “The Wall Street Journal”-da müxbir kimi çalışan Qerşkoviç Nyu-Yorkda sovet mühacirləri ailəsində anadan olub.
Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiya Ukrayna münaqişələrindən sonra xarici jurnalistlərin Rusiyada işləməsini çətinləşdi.
Buna baxmayaraq Qerşkoviç Moskvada qalaraq “The Wall Street Journal” üçün materiallar hazırlamağa davam edib.
Qeyd edək ki, o, 2023-cü ilin martında Yekaterinburqa səfəri zamanı həbs edilib və Moskvanın Lefortovo təcridxanasına yerləşdirilib
Şəbnəm
Gununsesi.info