
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, şəhər sakini, 1959-cu il təvəllüdlü M.Quliyev, 1999-cu il təvəllüdlü A.Ağalarov və 1979-cu il təvəllüdlü İ.Hüseynova bıçaqlanıb.
İ.Hüseynova dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdirilib.Qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Hüseynova hadisəni törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü M.Quliyevlə qeyri-rəsmi münasibətdə olub.
M.Quliyev, həmçinin 1999-cu il təvəllüdlü A.Ağalarovun bıçaqlamaqda da şübhəli bilinir.
Şübhəli daha sonra özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, ağır halda xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Digər yaralı isə şəhərin digər xəstəxanasına çatdırılıb.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info