Rusiyalı teleaparıcı axtarışa verilib

Rusiya Daxili İşlər Nazirliyi Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyən aktrisa və teleaparıcı Tatyana Lazarevanı axtarışa verib. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Novosibirsk sakini Lazareva Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır.

Lazareva Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq maddəsi ilə ittiham olunur.

Məlumata əsasən Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamazdan bir həftə əvvəl Tatyana Lazareva işləmək üçün Kiyevə gedib.

Döyüşlər başlayandan sonra o, Rusiyanın hərəkətlərini pisləyib və Ukraynanı dəstəkləyib. Bundan sonra o Rusiyaya qayıtmayıb.

Eyni zamanda 2022-ci ilin iyulunda Ədliyyə Nazirliyi teleaparıcını xarici agentlərin reyestrinə daxil edib

2023-cü ilin iyununda Lazareva Moskvanın Presnenski Məhkəməsi tərəfindən 30 min rubl cərimələnib.

Qeyd edək ki, teleaparıcı Priqojinin Moskvaya qarşı kampaniyasına da sevindiyini bəyan edib.

 

 

 

 

Şəbnəm

Gununsesi.info