Blinken Əliyevə telefon açdı - SÜLH SAZİŞİ, COP29 VƏ SİYASİ MƏHBUSLARDAN DANIŞILIB

  • By admin
  • 21 İyun 2024 11:24

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev ilə telefonla danışıb.

 

Gununsesi.info bildirir ki, Dövlət Departamentinin məlumatına görə, A.Blinken Ermənistanla Azərbaycanın sülh sazişinə doğru davamlı irəliləyişini etiraf edib və gecikmədən sazişin bağlanmasının vacibliyini vurğulayıb.

O, Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən şəkildə gələcək əməkdaşlığı dəstəkləməyə hazır olduğunu təkrarlayıb: “Dövlət katibi… Azərbaycanla konstruktiv əməkdaşlığın vacibliyini vurğulayaraq ABŞ-nin COP29-un (BMT iqlim konfransı) uğurlu keçməsinə köməklik göstərməyə sadiq olduğunu bildirib. O, bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qalmağa və haqsız yerə saxlananların hamısını azad etməyə çağırıb.

O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb”.

 

Afət Abbasova

Gununsesi.info