
Ferrari-nin ilk elektrik modeli ən azı 500 min avroya başa gələcək.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumatlı mənbənin Reuters-ə verdiyi məlumatda deyilir.
Ferrari-nin 2025-ci ilin son rübündə təqdim etməyi planlaşdırdığı ilk tam elektrik avtomobili uzun müddətdir maraqla gözlənilsə də, detallar aydınlaşmağa başlayıb.
“İtalyan nəhənginin ilk elektrik modeli ən azı 500 min avroya başa gələcək” deyə bildirilir.
Ferrari tərəfindən hələlik təsdiqlənməmiş bu xəbər lüks avtomobil istehsalçısının cümə günü Şimali İtaliyanın Maranello şəhərində yeni istehsal müəssisəsini açmağa hazırlaşdığı vaxta təsadüf edir.
Günay Mahriqızı
Gununsesi.info