Bu gün 25 siyasi partiya maliyyə hesabatını MSK-ya təqdim etdi

  • By Günel
  • 01 Aprel 2025 20:19

Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Gununsesi.info xəbər verir ki, müvafiq məlumat MSK-nın saytında yerləşdirilib.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası maliyyə hesabatını MSK-ya təqdim etməyib.

Gununsesi.info