Qaçdığı düşünülən məhkum ədliyyədə unudulub

ABŞ-dən qaçdığı güman edilən və 12 saat axtarışda olan məhbusun ədliyyə təcridxanasında unudulduğu məlum olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ- nin Corciya ştatında həbsxanada qaçdığı ehtimal edilən məhbus üçün fövqəladə vəziyyətdə 12 saat axtarış aparılıb.

Sonradan məlum olub ki, məhbus məhkəmənin təcridxanasında unudulub.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Corciya ştatındakı həbsxana rəsmiləri 1984-cü ildə qətldə təqsirli bilinən Julian Brooks Deloach adlı məhbusun hesablama zamanı kamerasında olmadığını görüblər.

Hakimiyyət həbsxanada fövqəladə vəziyyət elan edib, bütün qapıları bağlayıb və məhbusu axtarmağa başlayıb. Səlahiyyətlilər bütün kameralarda axtarış aparıb və kamera görüntülərini nəzərdən keçirmək qərarına gəliblər.

Səlahiyyətlilər, qaçan olduğu düşünülən məhbusun ədliyyə kamerasında unudulduğunu və 12 saatdır orada gözlədiyini müəyyən ediblər.

Orxan

Gununsesi.info