
Kremlin sözçüsü Dmitri Peskov Rusiyada və dünyada baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirib.
Gununsesi.info xəbər verir ki, görüşdə jurnalistlərin suallarını cavablandıran Peskov Rusiya ilə ABŞ arasında aparılan danışıqlara toxunub.
ABŞ prezidenti Donald Trampın bu ay Səudiyyə Ərəbistanına səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyi düşündüyünə dair açıqlamaları ilə bağlı sualları cavablandıran Peskov Rusiya prezidenti Vladimir Putinin heç bir səyahət planının olmadığını bildirib.
“Belə bir görüş mütləq hər kəsin ağzındadır və bir çox cəhətdən biz bu görüşün mütləq zəruri olduğunu düşünürük. Bu görüşün düzgün hazırlanması lazımdır və müxtəlif ekspert səviyyələrində səylər tələb olunur. Lakin hazırda bu məsələ ilə bağlı konkret məlumat yoxdur”, – Peskov bildirib.
Orxan