
ABŞ-ın sabiq prezidenti Donald Tramp xarici filmlərə 100%-lik idxal rüsumu tətbiq edəcəyini bildirib. O, bu addımın Amerika kino sənayesini qoruyacağını və film istehsalını yenidən ölkə daxilinə qaytaracağını deyib.
Gununsesi.info xəbər verir ki, Tramp bu fikirləri Truth Social platformasında paylaşaraq ABŞ kino sənayesinin “çox sürətlə öldüyünü” qeyd edib.
CNN isə xəbər verir ki, filmlər hazırda ABŞ-da rüsum tətbiq olunan məhsullar siyahısına daxil deyil və Trampın bu planı necə reallaşdıracağı aydın deyil. Ekspertlər hesab edirlər ki, bu addım baş tutarsa, ABŞ tarixində ilk dəfə olaraq ticarət müharibəsi qeyri-kommersiya məhsullarını da əhatə edəcək.
Tramp daha əvvəl də müxtəlif ölkələrə, xüsusilə Çinə qarşı tarifləri artırmaqla proteksionist iqtisadi siyasət yürüdəcəyini açıqlamışdı.
Günel