İsrail Qəzzada 1 gündə 81 fələstinlini öldürüb

  • By Admin2
  • 07 İyul 2025 10:14

İsrail dünən Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ən azı 81 fələstinlini öldürüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin təklif etdiyi və tərəflərin “müsbət cavab” verdiyi 60 günlük atəşkəsin gələn həftə başlaması gözlənilsə də, İsrailin Qəzzada törətdiyi qırğınlar aramsız olaraq davam edir.

Xəstəxana mənbələrindən alınan məlumata görə, İsrail ordusu Qəzzanın mərkəzi başda olmaq üzrə müxtəlif bölgələrə havadan və atəşli hücumlarda məktəblər, çadırlar, evlər, eləcə də yardım paylama mərkəzlərinə yaxın əraziləri hədəf alıb.

İsrail ordusu ötən gün Qəzza zolağının müxtəlif bölgələrinə təşkil edilən hücumlarda aralarında uşaqların da olduğu 81 fələstinlinin həyatını itirdiyini bildirib.

İsrail ordusu yanvarın 19-da Qəzza zolağında qüvvəyə minmiş atəşkəsi pozaraq, martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində ən azı 57 418 fələstinli ölüb, 136 261 nəfər yaralanıb.

Orxan

Gununsesi.info