SOCAR prezidenti Türkmənistanda keçiriləcək konfransda iştirak edəcək

  • By Günel
  • 23 Avqust 2024 10:06

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) oktyabrın 23-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “Türkmənistanın nefti və qazı – 2024” (OGT-2024) beynəlxalq konfrans və sərgisində iştirak edəcək.

Gununsesi.info-nun Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu konfrans və sərgidə şirkəti SOCAR prezidenti Rövşən Nəcəf təmsil edəcək. R.Nəcəfin forum çərçivəsində çıxışı nəzərdə tutulub.

Bildirilib ki, “Türkmənistanın nefti və qazı – 2024”-də həmçinin 20 ölkədən 100-dən çox nümayəndə heyəti iştirakını təsdiqləyib.

Beynəlxalq konfrans və sərgidə tanınmış enerji şirkətlərinin rəsmiləri və nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, OGT-2024 beynəlxalq forumu oktyabrın 25-dək davam edəcək. BMT, ATƏT, Asiya İnkişaf Bankı və digər beynəlxalq strukturların nümayəndələri iştirak edəcəklərini elan ediblər. Konfrans enerji sektorunda beynəlxalq əməkdaşlığı gücləndirəcək və Türkmənistanın investisiya potensialını genişləndirəcək.

 

Gununsesi.info