Azərbaycanlı zəvvar Kərbəlada öldü, orada dəfn edildi

  • By Günel
  • 23 Avqust 2024 09:37

İraqda azərbaycanlı zəvvar vəfat edib.

Gununsesi.info xəbər verir ki, Kərbəla ziyarətində olan zəvvarlarımızdan biri piyada səfəri zamanı dünyasını dəyişib.

Yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata əsasən, Göyçay rayon sakini, Kərbəlayi Elşən kimi tanınan həmyerlimiz Kərbəla şəhərinə daxil olarkən qəfil vəfat edib.

O, elə Kərbəla şəhərində dəfn olunub.

 

Gununsesi.info