Burada ən yüksək göstərici 687 bal olub

  • By Günel
  • 23 Avqust 2024 09:44

Azərbaycan universitetləri üzrə ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov paylaşım edib.

O bildirib ki, BANM-in İnformasiya təhlükəsizliyi ixtisası 687 balla ən yüksək göstərici olub.

Rektorun sözlərinə görə, BANM illərdir ki, bu siyahıya başçılıq edir. Belə ki, bundan öncə rekord 685 bal olub.

 

Gununsesi.info