Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizədə – Video

  • By Günel
  • 23 Avqust 2024 09:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Gununsesi.info-ya FHN-dən bildirilib.

Qeyd edilbi ki, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Gununsesi.info