ŞƏT ölkələri separatizmlə mübarizədə əməkdaşlıq edəcəklər

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr separatizm, terrorizm və ekstremizmə qarşı birgə mübarizə aparacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə üzv ölkələrin dövlət başçıları təşkilatın Astanada keçirilən sammitində müvafiq sənəd imzalayıblar.

Həmçinin narkotiklərlə mübarizə strategiyası, assosiasiyanın iqtisadi inkişafı üzrə fəaliyyət planı, enerji əməkdaşlığının inkişafı strategiyası, ŞƏT İnvestorları Assosiasiyası haqqında qərar və bir sıra digər sənədlər təsdiq edilib.

 

 

Ceyhun

Gununsesi.info