
Antalyada içərisində turistlərin olduğu tur avtobusu beton dirəyə çırpılıb.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 20 turist yaralanıb.
Onlardan 16-sının rusiyalı, 4-nün belaruslu olduğu bildirilir. Qəza zamanı avtobusun sürücü həlak olub.
Bildirilir ki, avtobus turistləri hoteldən hava limanına aparırmış.
Gununsesi.info