KİV: İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 16 fələstinli həlak olub

İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı 9 fələstinli həlak olub, bir neçəsi isə yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin xəbər agentliyi (WAFA) məlumat yayıb.

Bildirilir ki, Qətərin “Əl-Cəzirə” telekanalı isə İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisdə Nasser xəstəxanası yaxınlığındakı beş mərtəbəli binaya endirdiyi hava zərbələri zamanı 7 fələstinlinin həlak olub.

Telekanal İsrailin ötən il oktyabrın 7-dən bəri Fələstinə hərbi təcavüzü nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 37 min 953 nəfər fələstinlininhəlak olduğunu, 87 mindən çox insanın isə yaralandığını bildirir.

 

 

Ceyhun

Gununsesi.info