Zelenskinin xanımına qarşı təxribat

Süni intellektin və deepfake texnologiyasının növbəti qurbanı Ukraynanın birinci xanımı Olena Zelenska olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dələduzlar iddia edirdilər ki, Olena Zelenska ABŞ-ın Ukraynaya göndərdiyi pulla 4,5 milyon avro dəyərində ultra lüks avtomobil alıb.

Sosial şəbəkədə paylaşılan bu görüntülərdə orta yaşlı kostyumlu kişi avtomobilində əyləşib.

Bu şəxs Zelenskanın Parisdə 4,5 milyon avroya ultra lüks avtomobil aldığını deyir və bu alışın iyunun 7-də, Ukrayna prezidenti və onun nümayəndə heyətinin Fransaya səfəri zamanı baş verdiyini iddia edir.

Videodan sonra avtomobilin qiymətinin olduğu faktura da paylaşılıb.

Bildirilir ki, sosial şəbəkələrdə bu iddianı təsdiq edən sənədlər və dərin saxtakarlıqla yaradılmış videolar yerləşdirilib.

Bildirilir ki, görüntülər sosial şəbəkələrdə tez müddətdə sürətlə yayılıb və Ukraynanın birinci xanımının ABŞ-dan gələn yardım pulu ilə milyonlarla avro xərcləməsi ilə bağlı şərhlər edilib.

Məlumata görə, təkzib edilən bu iddiaların arxasında Moskvada yaşayan keçmiş ABŞ polisinin olduğu məlum olub.

Bildirilib ki, videoya diqqətlə baxdıqda qəribə məqamlar gözə çarpılıb.

Kibertəhlükəsizlik mütəxəssisləri və bəzi rəsmi qurumlar videonun dərin saxta texnologiyadan istifadə edilərək hazırlandığını sübut ediblər.

Olena Zelenska isə bunun onun üçün “oyun və qisas” olduğunu bildirib.

BBC-nin apardığı araşdırmaya görə, Ukraynanın birinci xanımını hədəf alan bu dələduzluğun mənbəyi böyük ehtimalla Con Mark Duqandır.

Duqan keçmiş ABŞ polisi olub və hazırda Moskvada yaşayır.

2000-ci illərdə Floridada polis məmuru işləyən Duqan daha sonra internet saytı açıb. O, bu saytda keçmiş həmkarlarından əldə etdiyi məxfi məlumatları dərc etməyə, polis əməkdaşlarının ünvanlarını paylaşmağa, saxta xəbərlər hazırlamağa başlayıb.

 

Məlumata əsasən FTB onun evinə 2016-cı ildə basqın edib. Sonra Moskvaya qaçıb və orada fəaliyyətini davam etdirməyə başlayıb. 51 yaşlı Duqanın idarə etdiyi 160-dan çox veb-sayt var.

Süni intellekt vasitələrindən istifadə edən Duqan qərb mənşəli görünən bu saytlarda real hadisələri təhrif edərək məqalələr və rusiyapərəst xəbərlər hazırlayır. Bu onlara sosial mediada yayılmağa və geniş auditoriyaya çatmağa imkan verir.

Bildirilir ki, ABŞ-ın keçmiş polis məmuru Kremlin Qərbə qarşı dezinformasiya kampaniyalarının ən önəmli adlarından biridir.

 

Şəbnəm

Gununsesi.info